Azərbaycan nümunələrə göstərildi

Azərbaycan nümunələrə göstərildi

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib. İdarədən SİA-ya verilən məlumata görə, səfirlə görüşən Şeyxülislam ölkəmizdəki tolerantlıq mühiti, din-dövlət münasibətləri sahəsində atılan addımlar haqqında məlumat verib. Xalqımızın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi gördüyü işləri dəyərləndirib.

Səfir Paskal Mönye Azərbaycanın təkcə Qafqazda deyil, dünyada tutduğu önəmli mövqedən danışıb, ölkəmizdəki dini dözümlülüyün digər dövlətlər üçün örnək ola biləcəyini xüsusi vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran başqa məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə