"Ağsu aşırımı ətrafında baş verən torpaq sürüşmələrinin əsas səbəbi həmin ərazilərdə çoxsaylı restoran və digər iaşə obyektlərinin fəaliyyət göstərməsidir". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.
"Həmin ərazidə hər addımbaşı restoran, avtoyuma və digər obyektlər var ki, bu da sürüşmələrə səbəb olur. Baş verən hadisələrdən sonra həmin ərazidə obyektlərin tikintisi üçün icazə verən təşkilatlara bununla bağlı ciddi tapşırıqlar verilib. Tikintiyə icazə və onu istismara qəbul edən aidiyyəti qurumlara tapşırıqlar verilib",- deyə o fikirlərinə əlavə edib.
A. Şərifov onu da qeyd edib ki, məhz belə hallar nəticəsində bir qədər əvvəl Şamaxıda bütöv kənd sürüşmə nəticəsində dağılıb. Sonradan həmin kəndin əhalisinin yerləşdirilməsi üçün yeni qəsəbənin tikintisinə ehtiyac yaranıb: "Təəssüflər olsun ki, belə məsələlərə o qədər də diqqətlə yanaşmırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB