Xalq artisti Nodar Şaşıqoğlu bu gün səhər dünyasını dəyişib. SİA-nın məlumatına görə, acar əsilli Xalq artisti Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Xalq artisti Nodar Şaşıqoğlu 1927-ci ildə Tiflisdə anadan olub. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti, əmisi aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub. Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Şukin adına Teatr İnstitutunu bitirib. Daha sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Geoargi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fateh obrazını yaradıb. Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb və bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.
"Onun böyük ürəyi", "Uzaq sahillərdə", "Əsl dost", "Səhər", "Bimiz küçə", "Telefonçu qız", "De ki məni sevirsən!" və.s filmlərdə bir-birindən maraqlı obrazlar yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB