YAP GB-nin nümayəndə heyəti Lənkəranda gənclərlə görüşəcək

YAP GB-nin nümayəndə heyəti Lənkəranda gənclərlə görüşəcək

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyinin (GB) üzvləri YAP Lənkəran rayon gəncləri ilə görüşə gedir. YAP Qaradağ GB-dan SİA-ya verilən məlumata görə, artıq ənənəvi formada keçirilən bu görüşlər qarşılıqlı səmimiyyət və əməkdaşlığı genişləndirmək üçün keçirilir. YAP gəncləri arasında bu cür münasibətlərin qurulması qarşılıqı fikir mübadilələrinin aparılması, müəyyən mövzular ətrafında müzakirələrin qurulması üçün mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, belə görüşlər gənclərin ölkədə baş verən ictimai-siyasi proseslərdə aktivliyini təmin etmək, onların fəal müstəvidə özlərini göstərməsi üçün bu cür əlaqələrin qurulmasında öz müsbət töhfəsəni vermiş olur.

Bütün xəbərlər Facebook səhifəmizdə