2 millət vəkili orden aldı

Prezident Cavanşir Paşazadə və Gülçöhrə Məmmədovanı "Şöhrət" ordeni ilə təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Cavanşir Paşazadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Cavanşir Hümmət oğlu Paşazadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Gülçöhrə Hüseyn qızı Məmmədova da Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə