Qərar qəbul edildi

Seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Seçki Məcəlləsinə uyğunlaşdırılması ilə bağlı qərar qəbul olunub. SİA-nın məlumatına görə, qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında qəbul olunub.

İclasda çıxşı zamanı məsələ ilə bağlı məlumat verən MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, hazırda seçici siyahılarının hazırlanması prosesi gedir və seçici siyahıları təhvil verildikdən sonra 2 ay müddətində bu uyğunlaşdırmalar həyata keçiriləcək.

İclasda, həmçinin Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə