Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Eroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, nazir Veysəl Eroğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğulayan Veysəl Eroğlu ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinin önəmini qeyd edib. Azərbaycanda çox böyük inkişafın şahidi olduğunu deyən türkiyəli nazir əldə edilən böyük uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib.
Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin ayrı-ayrı nazirlikləri, o cümlədən ekologiya və ətraf mühitlə bağlı qurumlar arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib. Ekologiyanın mühüm bir sahə olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanda da son illər ekoloji məsələlərin həlli ilə bağlı böyük işlərin görüldüyünü deyib. Prezident İlham Əliyev nazir Veysəl Eroğlunun ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından önəmli olacağını bildirib.
Dövlət başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB