“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB yeni layihəyə start verdi

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB yeni layihəyə start verdi

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, 10 aprel 2013-cü il tarixindən – 10 oktyabr 2013-cü il tarixinə kimi "Şəhid və əlil ailələrin hüquqlarının maarifləndirilməsi" layihəsini həyata keçirir.

SİA-ya layihənin direktoru, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyev həyata keçirilən layihənin məqsədi haqqında məlumat verərək bildirib ki, layihənin başlıca məqsədi "Şəhid və əlil ailələrin hüquqları" haqqında Azərbaycan Respublikası qanununun Bakı şəhərində aidiyyatı orqanlar tərəfindən tətbiq olunmasına nəzarət etmək və bu sahədə şəhid və əlil ailələrinin ortaya çıxmış sosial problemlərinin həllinə kömək etmək, şəhid və əlil ailələrinə şamil edilmiş hüquqları haqqında maarifləndirmə işləri aparmaq və şəhid və əlil ailələrin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə birlikdə aidiyyəti təşkilatlarla əməkdaşlıq edərək adı çəkilən vətəndaşlara diqqət və qayğını gücləndirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə