Millət vəkili Tovuzda erkən nigahlardan danışıb

Millət vəkili Tovuzda erkən nigahlardan danışıb

Tovuzda rayon qadınlarının konfransı keçirilib. Yığıncaq Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində baş tutub. SİA-nın məlumatına görə, konfransda çıxış edənlər ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan, Tovuz qadınlarının fəaliyyətindən, onların rayonun ictimai-siyasi və mədəni həyatındakı rolundan söz açıblar.

Qeyd olunub ki, Tovuzda işgüzar qadınların sayı 81 min 500 nəfərə çatıb. Tədbirdə iştirak edən Tovuz rayon İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov rayon Qadınlar Şurasının fəaliyyətindən danışıb. Konfransda şuranın qarşısında duran vəzifələrdən də söz açılıb.

Azərbaycanda qadın alverinin qurbanlarının 95 %-ni erkən nigahlara cəlb olunmuş təhsilsiz, azyaşlı qızlar təşkil edir. Erkən nigahların bağlanması nəticəsində qurulan ailələrin dağılması isə cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu fikirləri Tovuz Rayon İcra Hakimiyyətində keçirilən Qadınlar Şurasının Konfransında millət vəkili Qənirə Paşayeva səsləndirib. O, həmçinin ölkə ictimaiyyətində qadınların rolunu digər ölkələrlə müqayisə edib.

Millət vəkili Qənirə Paşayeva da öz çıxışında dövlətin qadın siyasətinin istiqamətlərindən, rayon qadınlarının qarşısında duran vəzifələrdən söhbət açıb və rayon qadınlarının növbəti qurultayı ərəfəsində müzakirəyə çıxarılacaq əsas prioritet məsələlərə toxunub. O bildirib ki, cəmiyyət üçün qlobal problem olan erkən nigah, boşanmalar və narkomaniya kimi ciddi problemlərin həlli istiqamətində qadınların da bu işlərin sürətləndirilməsində əhəmiyyətli yeri var. Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı bildirib ki, qızların təhsili, qadınların dövlətin və cəmiyyətin bütün sahələrində rolunun daha da artması dövlətimizin yürütdüyü siyasətin əsas tərkib hissələrindən biridir. Erkən nikahlara qarşı mübarizə istiqamətində bütün cəmiyyətin, o cümlədən bölgələrdə aktiv qadınların üzərinə böyük məsuliyyət düşdüyünü deyən millət vəkili Qənirə Paşayeva bu iustiqamətdə maarifləndirmə işinin daha da artırılması istiqamətində hər bir ziyalının , hər bir ictimai fəal qadının bölgələrdə, kəndlərdə rolunun və fəaliyyətinin daha da artırmasının vacibliyindən danışıb. Erkən nikahların doğurduğu mənfi nəticələrindən danışan millət vəkili Qənirə Paşayeva həmçinin qadınlara qarşı zorakılıq, məişət zorakılığı, ailədaxili zorakılıq kimi mənfi hallara qaraşı mübarizə istiqamətində ziyalıların, fəal xanımların bütün bölgələrdə , kəndlərdə insanların maarifləndimə işinə daha çox diqqət və vaxt ayırmağa çağırıb. Boşanmaların sayının artmasının bütün qadınları və bütün cəmiyyəti narahat etməli məsələ oduğunu deyən millət vəkili Qənirə Paşayeva bu məsələyə də bütün bölgələrdə diqqətin daha da artırılmasına çağırıb. Belə hallar zamanı qadınların, xüsusilə də uşaqlaırn böyük əziyyət çəkdiyini deyən millət vəkili Qənirə Paşayeva "boşanmaların sayının artması hər birimizi ciddi narahat etməlidir və bu halların azalması üçün dövlət qurumları, cəmiyyət fəal xanımlar olaraq səylərimizi daha da artırmalıdır", - dedi. Qızların təhsili məsələsinə çıxışında geniş yer verən millət vəkili Qənirə Paşayeva savadlı cəmiyyət savadlı anadan keçir deyib və ali təhsil arxasınca gedə bilməyən qızlarımızın müxtəlif peşələrə yiyələnə bilməsi üçün qızlarla bağlı texniki peşə sahələrinin bölgələrdə daha da inkişafına və bu sahəyə diqqətin daha da artırılmasının vacibliyindən danışıb. Bölgələrdə, xüsusilə kəndlərdə gənc qadınlar və analar arasında tibbi maarifləndirmə məsələlərinin sürətləndirilməsinin vacibliyindən danışan millət vəkili Qənirə Paşayeva nigaha daxil olan gənclər arasında ən geci toy gününə qədər nikah qeydiyyatının aparılmasının vacibliyindən və bu sahədə ortada olan problemlərdən danışıb.Uşaqlar və gənclər arasında siqaretə və narkomaniyaya meylliyin artmaması istiqamətində bütün ziyalıları və bütün fəal xanımları aktiv mübarizəyə səsləyən millət vəkili Qənirə Paşayeva kəndlərdə dövlət qurumlarını, bələdiyyələri qadın problemlərinə daha həssas və diqqətlə yanaşmağa çağırıb. Qadınların qarşıdan gələn 4-cü qurultayının qadınlarımızın cəmiyyətin bütün sahələrində rol və təmsilçiliklərinin artmasına, bir sıra məsələlərin daha sürətlə həllinə müsbət təkan verəcəyini deyən millət vəkili Qənirə Paşayeva ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü dölət qadın siyasətinin müsbət nəticələrindən, ölkəmizin birinici xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə görüdüyü önəmli işlərdən danışaraq, qızlarımızın və qadınlarımızın cəmiyyətin bütün sahələrində fəallığının artırılması istiqamətdin rol modellər olaraq fəal xanımların üzərinə böyük məsuliyyət düşdüyünü deyib və onları gənc qızlarımızın cəmiyyətdə daha da fəallaşmasına dəstəklərini daha da artırmağa çağırıb.

Çıxış edən rayon qadınları müxtəlif mövzularda onları düşündürən məsələlərə toxunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Konfransın sonunda Azərbaycan Qadınlarının 4-cü Qurultayına nümayəndələr seçilib..

Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində quldurluqla məşğul olan dəstə saxlanılıb. SİA-nın bölgə müxbirinin Şəmkir rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata əsasən cinayətlərdə şüphəli bilinən Məmmədov Elməddin, Bayramov Dəmir və Bayramov Zaur qardaşları həps olunub. Adıçəkilən şəxslər qonşuluqda yaşayan Qəzənfər Qasımovun yaşadığı mənzilə girərək ev sahibi və həyat yoldaşını bıçaqla hədələyərək mənzildən 6 min manat dəyərində pul və xenyli miqdarda qızıl zinət əşyaları aparıblar. Hazırda faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb istintaq aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə