Veteranlar prezident İlham Əliyevi dəstəkləyəcək

Veteranlar prezident İlham Əliyevi dəstəkləyəcək

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V Qurultayı keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Respublika Veteranlar Şurasının sədr müavini Kamal Əliyev bildirib ki, qurultay əlamətdar bir vaxtda, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilir. Sədr müavinin sözlərinə görə, bu gün Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının çağırışı, istək və iradəsi ilə ikinci dəfə hakimiyyətə gətirilməsi nəticəsində mümkün olub: "Ümummili liderin həyata keçirdiyi müsbət dəyişikliklər 53 il bundən əvvəl yaranmış Respublika Veteranlar Təşkilatına da öz müsbət təsirini göstərib. Təşkilat bilavasitə Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində inkişaf etmiş, veteranlara diqqət və hörmət artmış, veteranlar təşkilatı material-texniki cəhətdən möhkəmləndirilib".

K.Əliyev onu da qeyd edib ki, ölkənin bu günkü inkişafı isə Prezident İlham Əliyevin əvəzedilməz xidmətləri sayəsində baş verib: "Onun başladığı xeyirxah işlərin davam etdirilməsinin zəruriliyini, respublika qarşısında duran əsas məsələlərin həllinin vacibliyini və veteranların istəklərini nəzərə alaraq Respublikanın Veteranlar Şurasının Bürosu da qarşıdan gələn Prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsini Qurultaya təklif edib. İnanırıq ki, Qurultay bu təklifi yekdilliklə qəbul edəcək".

Daha sonra irəli sürülən təklif yekdilliklə qəbul edilib və bildirilib ki, Respublikanın veteranlar təşkilatları seçki kompaniyasında fəal iştirak edərək İlham Əliyevin yenidən Prezident seçiləsi üçün bütün imkanlarını səfərbər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə