Türkiyənin naziri Azərbaycanda səfərdədir

Türkiyənin naziri Azərbaycanda səfərdədir

Türkiyənin Meşə və Su İşləri Naziri Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. SİA-nın məlumatına görə, bu gün Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovla birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər.

Daha sonra nümayəndə heyətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü baş tutub.

Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, həmçinin 25 oktyabr 2011-ci il tarixində iki respublika arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.

Xatırladaq ki, nümayəndə heyətinin ölkəmizdə səfəri aprelin 13-nə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə