Bu gün Nəsimi rayon İcra Hakimiyyətində Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları məhdud olan insanların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" adlı layihə çərçivəsində seminar keçirib. SİA-nın məlumatına görə, əlillərə yaradılan yüksək şəraitdən söz açan icra başçısı Nəsib Məhəməliyev bildirib ki, bundan sonra da həmin insanlara diqqət ayrılacaq.
Daha sonra çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni vurğulayıb ki, layihənin əsas məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial- iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarını təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsimi təmin etmək və eyni zamanda, onların hüquqlarının qorunmasını təşkil etməkdir.
"Layihədən əsasən əlillər, əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media faydalana biləcək. Layihə çərçivəsində Səbail, Xətai, Nərimanov, Nizami, Abşeron, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Yasamal rayonlarında, Mingəçevir, Sumqayıt və Gəncə şəhərində seminarlar keçirilib. Bakı şəhəri və digər rayonlarda da ilin sonunadək seminarların keçirilməsi nəzərdə tutulub",- deyə R. Zeyni fikirlərinə əlavə edib.
Qeyd edək ki, seminar iştirakçıların mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB