Azadlıq Radiosunun paxırı açıldı ŞOK

Azadlıq Radiosunun paxırı açıldı ŞOK

Azadlıq Radiosunun Azərbaycan bölməsinin "şok" reportajlar hazırlamaq "qabiliyyəti"nin təfərrüatları üzə çıxıb. SİA-nın verdiyi məlumata görə, bəzi soydaşlarımızın səmimiyyətindən, ən əsası isə düşdüyü vəziyyətdən sui-istifadə edən radionun əməkdaşları vətəndaşların qarşılaşdıqları müvəqqəti şətinlikləri Azərbaycanda qlobal problem kimi təqdim edirlər. Sonradan məlum olur ki, bu heç də belə deyil.

"Əməliyyat" təxminən bu ssenari ilə davam edir. Radionun Xədicə İsmayıl və Yafəz Həsənov adlı əməkdaşları əsasən bölgə sakinlərinin əvvəlcə etibarını qazanır, onları aldadır, sonra onlara Bakıda ev, xarici ölkələrin birində dəbdəbəli yaşamaq vəd edir, bir sözlə şirnikləndirib müxtəlif təxribatçılığa çəkir, onları yalan məlumat verməyə məcbur edirlər.

Nehrəmli Əşrəf kişinin də başına belə oyun gətirilib. Azadlıq Radiosunun Yafəz Həsənov adlı əməkdaşı ona təklif edib ki... Süjeti izləməklə hadisənin nə ilə sonuclandığını öyrənə bilərsiniz:

Bütün xəbərlər Facebook səhifəmizdə