“BlackBerry” smartfonuna maraq azalıb

Yeni “BlackBerry” smartfonuna maraq azalıb
“BlackBerry” smartfonuna maraq azalıb

"MKM Partners" analitik şirkətinin 1500-dən çox amerikalı istehlakçı arasında keçirdiyi sorğunun yekununa əsasən, istifadəçilərin 82,6%-i indiyə qədər yeni "BlackBerry 10" əməliyyat sisteminin istifadəyə verilməsindən xəbərsizdir.

Rəyi soruşulanların 68%-i "BlackBerry" ticarət markası altında istehsal edilən yeni smartfonları satın almaqda maraqlı deyil.

Respondentlərin 60.5%-i 2012-ci ilin payızında təqdim edilmiş "Windows Phone 8" platformasının mövcudluğundan xəbərsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə