Bugatti Veyron daha ən sürətli maşın deyil

Superkar “Bugatti Veyron Super Sport” dünyanın ən sürətli seriya avtomobili rəsmi adından məhrum oldu.
Bugatti Veyron daha ən sürətli maşın deyil

Driving nəşriyyatının verdiyi məlumata görə, onlar müəyyən ediblər ki, rekordun təsbit edilməsi zamanı qaydalar pozulub.

Aydın olub ki, 2010-cu ilin iyulunda rekord söndürülmüş elektron sürət məhdudlaşdırıcısı ilə təsbit edilib. Bu "Bugatti Veyron Super Sport"-a 431km/saat sürət yığmağa imkan verib. Belə ki, adi avtomobillər 415 km/saat nişanında məhdudlaşdırıcıya malikdirlər, bu da şinlərin tez xarab olunmasının qarşısını almaq üçün düzəldilib.

"Ginnesin Rekordlar Kitabı"nın qaydalarına görə rekord təsbit edən avtomobil kütləvi satışda olan əlverişli avtomobilə tam oxşar olmalıdır. İstehsalçının təmsilçiləri qeyd etdilər ki, titulu itirdiklərinə görə çox da məyus deyillər çünki, "Bugatti Veyron Super Sport" — "dünya rekordu təsbit etmiş avtomobildən daha artıqdır".

Bununla belə, "Bugatti"-də izahat tələb etmək niyyətindədirlər, çünki, onların məlumatına görə "Ginnesin Rekordlar Kitabı"nın təmsiçiləri sönmüş sürət məhdudlaşdırıcıdan xəbərdar idilər və buna baxmayaraq avtomobilin getməsinə icazə verdilər. Bununla belə, ən sürətli seriya avtomobili titulu müvəqqəti olaraq superkar "SSC Ultimate Aero"-ya keçdi. Bu avtomobil "Bugatti Veyron Super Sport"-dan əvvəl 412 km/saat sürət yığa bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə