Pensiyalar qarşıdakı iki ay ərzində artırılacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Xaçmazda Şimal bölgəsindən olan vətəndaşları qəbul edərkən bildirib.
Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə toplanan Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri əsasən pensiyaların verilməsi ilə bağlı prosedur qaydalar, pensiyaların həcmi və staja görə əmək pensiyalarının hesablanması ilə bağlı idi.
DSMF-nin sədri Səlim Müslümov vətəndaşları fərdi qaydada qəbul edərək müraciətlər əsasında yerli təşkilatların nümayəndələrinə konkret tapşırıqlar verib. Fondun sədri həmçinin daxil olan bəzi müraciətlərin müvafiq dövlət qurumlarının iştirakı ilə araşdırılacağını da vurğulayıb.
Görüşdə 30-a yaxın müaricətə baxılıb. Səlim Müslümov pensiya sənədlərinin qəbulunun sadələşdirilməsi məqsədilə tezliklə avtomatlaşdırılmış qaydaların tətbiq olunacağını da bildirib. Belə ki, vətəndaş artıq rayon təşkilatına gəlmədən internet vasitəsilə müraciət edərək pensiyaya çıxmaq imkanı qazanacaq. Fondun sədri pensiyaçılara müjdə də verdi. Pensiyalar qarşıdakı iki ay ərzində artırılacaq.
Emin Kərimov, Xaçmaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB