Media və YAP rayon təşkilatları arasında voleybol turniri başlandı

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş futbol yarışlarına isə sabah start veriləcək
Media və YAP rayon təşkilatları arasında voleybol turniri başlandı

Dünən "Yeni Azərbaycan", "Səs", "İki sahil" qəzetləri və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə media nümayəndələri və Yeni Azərbaycan Partiyasının (YAP) Bakı şəhəri üzrə rayon təşkilatlarının komandaları arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş xatirə voleybol turnirində ilk turun oyunlarına start verilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman zalında keçirilən ilk oyunda YAP Qaradağ rayon təşkilatının komandası partiyanın Xəzər rayon təşkilatının voleybolçuları ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən matçda YAP Xəzər rayon təşkilatının komandası 2:0 hesabi ilə qalib gəlib. Digər görüşdə isə YAP Nərimanov rayon təşkilatının komandası partiyanın Səbail rayon təşkilatının komandasından üstün olub – 2:0. AzərTAc - YAP Sabunçu rayon təşkilatı görüşündə isə media nümayəndələri qələbə qazanıb. YAP Abşeron rayon təşkilatı - YAP Nizami rayon təşkilatı matçı da eyni hesabla başa çatıb.

Qeyd edək ki, turnirin görüşlərinin vaxtı da artıq müəyyənləşib. İlk iki turun görüşlərinin qrafikini təqdim edirik.

12 aprel

17:30 "Səs" qəzeti -YAP Binəqədi rayon təşkilatı

18:00 YAP Xətai rayon təşkilatı-YAP Sumqayıt şəhər təşkilatı

18:30 YAP Suraxanı rayon təşkilatı - İTV

19:00 "Xalq" qəzeti - YAP Yasamal rayon təşkilatı

2-ci tur

15 aprel

17:30 YAP Xəzər rayon təşkilatı - YAP Nərimanov rayon təşkilatı

18:00 "İki sahil" qəzeti – YAP Qaradağ rayon təşkilatı

18:30 YAP Sabunçu rayon təşkilatı - "Cəmiyyət və din" qəzeti

19:00 "SİA" - AzərTac

16 aprel

17:30 YAP Binəqədi rayon təşkilatı – YAP Nizami rayon təşkilatı

18:00 YAP Sumqayıt Şəhər təşkilatı - YAP Abşeron rayon təşkilatı

18:30 "Səs" qəzeti - YAP Xətai rayon təşkilatı

19:00 İTV-"Xalq" qəzeti

19:30 "Yeni Azərbaycan" qəzeti - YAP Suraxanı rayon təşkilatı

Yeri gəlmişkən qeyd edək ki, "Yeni Azərbaycan", "Səs" və "İki sahil" qəzetlərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə media nümayəndələri və Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatları arasında keçirilən futbol turnirinin də oyunlarının vaxtı bəlli olub. İlk iki turun oyunlarının qrafikini təqdim edirik.

Futbol turnirinin təqvimi belədir:

1-ci tur

11 aprel

12:00 "Xalq" qəzeti - YAP Sabunçu rayon təşkilatı

13:00 YAP Nərimanov rayon təşkilatı - "İki sahil" qəzeti

14:00 YAP Nizami rayon təşkilatı – YAP Yasamal rayon təşkilatı

15:00 YAP Suraxanı rayon təşkilatı – YAP Xəzər rayon təşkilatı

16 aprel

12:00 "Cəmiyyət və din" – YAP Xətai rayon təşkilatı

13:00 YAP Səbail rayon təşkilatı - ANS

14:00 YAP Qaradağ rayon təşkilatı – YAP Sumqayıt şəhər təşkilatı

15:00 "Səs" qəzeti – YAP Binəqədi rayon təşkilatı

2-ci tur

17 aprel

12:00 "Xalq" qəzeti – YAP Nərimanov rayon təşkilatı

13:00 "İki sahil" – YAP Nizami rayon təşkilatı

14:00 YAP Yasamal rayon təşkilatı – YAP Sabunçu rayon təşkilatı

15:00 YAP Suraxanı rayon təşkilatı – YAP Səbail rayon təşkilatı

18 aprel

12:00 YAP Xəzər rayon təşkilatı – YAP Xətai rayon təşkilatı

13:00 ANS - "Cəmiyyət və din" qəzeti

14:00 YAP Abşeron rayon təşkilatı – YAP Qaradağ rayon təşkilatı

15:00 "Yeni Azərbaycan" qəzeti - "Səs" qəzeti

Qeyd edək ki, oyunlar Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun stadionunda keçiriləcək. Oyunları Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının hakimləri idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə