Qafqaz Müsəlmanları İdarəsi xanım Fatimeyi-Zəhranın (ə) vəfatı ilə bağlı mərasim keçirib

Qafqaz Müsəlmanları İdarəsi xanım Fatimeyi-Zəhranın (ə) vəfatı ilə bağlı mərasim keçirib

Qafqaz Müsəlmanları İdarəsi xanım Fatimeyi-Zəhranın (ə) vəfatı ilə bağlı mərasim keçirilib. SİA-nın məlumatına görə, mərasimdə din xadimləri, ilahiyyatçı alimlər, Bakı İslam Universitetinin müəllim və şagirdləri iştirak edib.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək xanım Fatimeyi-Zəhranın (ə) vəfatı münasibətilə ənənəvi olaraq keçirildiyini bildirib. Şeyxülislam həzrətləri qeyd edib ki, artıq 14 ildir Qafqaz Müsəlmanları İdarəsi tanınmış din xadimlərinin, ziyalıların, alim və tələbələrin iştirakı ilə anım mərasimi keçirir.

QMİ sədri onu da vurğulayıb ki, ölkədə aparılan din-dövlət siyasəti, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait göz önündədir. Dindarlar da Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi, sabitliyin möhkəmlənməsi üçün çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə