ADU-da “Dolu” filminin təqdimatı keçirildi FOTO

ADU-da “Dolu” filminin təqdimatı keçirildi FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) yazıçı, millət vəkili Aqil Abbasın eyni adlı romanı əsasında yazdığı, ssenariyə Elxan Cəfərovun rejissorluğu ilə çəkilən "Dolu" filminin təqdimatı keçirildi. ADU-dan SİA-ya verilən məlumata göə, təqdimatda ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, millət vəkili Aqil Abbas, filmin yaradıcı heyəti və univeristetin tələbə-müəllim kollektivi iştirak edirdi.

Təqdimat mərasimində çıxış edən ADU-nun rektoru Səməd Seyidov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Rektor çıxışında bu yaxınlarda Aqil Abbasın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunduğunu diqqətə çatdırdı.

Sonra çıxış edən yazıçı, millət vəkli Aqil Abbas ADU-nun Azərbaycan təhsil sistemində xüsusi xidmətlərinin olduğundan bəhs etdi. O, vurğuladı ki, ADU Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır. O, filmin ölkəmizlə yanaşı, bir sıra ölkələrdə də nümayiş olunduğunu qeyd etdi.

Filmin sujet xəttindən danışan A. Abbas filmin yaradıcı heyətini təqdimat iştirakçılarına təqdim etdi.

Sonra filmin nümayişi keçirildi. Böyük maraq doğuran alqışlarla bitən "Dolu" filmi barəsində danışan rektor Səməd Seyidov "Dolu" filmini yüksək qiymətləndirərək bu əsərin ekranlaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirdi. İşğal altında olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında azad ediləcəyinə inamını ifadə etdi.

Qeyd edək ki, film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə