10 aprel 2013-cü il tarixdə müsavat.com saytında "Lənkəranda yol çəkənlər etiraz aksiyası keçirdilər" xəbəri yerləşdirilib. SİA-nın sorğusuna Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada deyilir ki, saytın yaydığı informasiya tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, göstərilən tarixdə "Qafqaz LTD" nin əməkdaşları tərəfindən heç bir etiraz aksiyası keçirilməyib.
Həmin gün "Qafqaz LTD" nin 17 nəfər işçisi Lənkəran Şəhər İcra Hakimiyyətinə gəlib İcra başçısı tərəfindən qəbul olunmalarını xahiş ediblər. İcra başçısı tərəfindən qəbul olunan işçilər mart ayı üçün əmək haqqının ödənilməsinə və gələcəkdə göstərilən sahədə işlə təmin olunmalarına kömək göstərmələrini xahiş ediblər.
İcra başçısı "Qafqaz LTD" nin rəhbərliyilə əlaqə saxlayıb, işçilərin mart ayı üçün əmək haqqının yaxın günlərdə ödənilməsi və işlər "Azərinşaat MMC" yə təhvil veriləndən sonra da onların həmin təşkilatda işləməkdə davam edəcəkləri razılaşdırılıb.
Qeyd edək ki, qəbulda iştirak edən vətəndaşlar onların qaldırdıqları bu məsələlərin həllindən razılıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB