Azərbaycanda Xəzər beynəlxalq su texnologiyaları sərgisi və forumu keçiriləcək

Azərbaycanda Xəzər beynəlxalq su texnologiyaları sərgisi və forumu keçiriləcək

Aprel ayının 11-dən 13-dək Azərbaycanda ilk dəfə olaraq "Bakı Ekspo" Mərkəzində su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərinin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri - Xəzər beynəlxalq su texnologiyaları (CATEF 2013) sərgisi və forumu keçiriləcək. SİA xəbər verir ki, "Itesa Kaspian" şirkətinin biznesin inkişafi üzrə müdiri Bəhruz Hidayətzadə bu gün keçirilən mətbuat konfransında belə deyib.

Onun sozlərinə görə, "CATEF 2013" Azərbaycanda həyata keçirilən və planlaşdırılan layihələr çərçivəsində işgüzar əməkdaşlığın həyata keçirilməsi sahəsində mühüm rol oynayacaq və bütövlükdə bu sahənin inkişafina təkan vərəcək: "Debüt sərgidə 23 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Sərgidə su təchizatı sistemləri, tullantı və yağış sularının təmizlənməsi, suyun analizi üçün ölçmə və təmizləmə texnologiyaları, nasos sistemləri, qazma qurğuları və digər sahələr üzrə məhsullar, xidmətlər və texnologiyalar nümayiş etdiriləcək".

"Azərsu" Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı deyib ki, bu tədbirin ölkədə ilk dəfə keçirilməsinə baxmayaraq çox böyük marağa səbəb olub: "Xəzər beynəlxalq formuna qatılmaq üçün 200- dən çox iştirakçi akkreditasiyadan keçib və onlar arasında dövlət strukturları, sənaye və mənzil-kommunal təsərrüfatlarının nümayəndələri, milli ekspertlər, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları və qeyri- hökumət təşkilatları var. Bu sərgi Azərbaycanda həyata keçiriləcək layihələrin yüksək səviyyədə reallaşmasına yardım edəcək". Konfrans media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.

Qeyd edək ki, sərgi "Azərsu" Acıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və fəal dəstəyilə təşkil olunan sərginin tərəfdaşı qismində "Iteca Caspian" MMC-dir.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə