Yevlax şəhər İcra Hakimiyyəti olaraq bildiririk ki, Yevlax şəhərində, rayonun qəsəbə və kəndlərində aparılan geniş miqyaslı tikinti, abadlıq, quruculuq işlərinə kölgə salmaq məqsədilə bəzi Kütləvi İnformasiya Vasitələrinin son nömrələrində həqiqətə uyğun, heç bir əsası olmayan yazılar getmişdir. Bu sətirlər Yevlax şəhər İcra Hakimiyyətinindən SİA-ya verilən açıqlamadan götürülüb.
İcra Hakimiyyətindən verilən məlumata görə, həmin yazılarda guya rayonun Quşçu kənd sakinləri ərazidən keçən Bakı- Balakən yolunu bağlayıblar, əvvəllər rayonda vəhabilər baş qaldırmırdı, indi isə İcra Hakimiyyəti vəhabiləri müdafiə edir. Hacı Fəxrəddin saqqalsız vəhabidir, Xaldandakı dayanacağı soküblər və sairə göstərilir.
"Bildiririk ki, həmin yazılarda göstərilənlər tamamilə şər və böhtandır və həqiqətə uyğun deyildir. Yevlax şəhərində, rayonun qəsəbə və kəndlərində ictimai-siyasi vəziyyət sabitdir. Əhali gündəlik işləri, qayğıları ilə, tikinti, abadlıq, quruculuq işləri ilə məşğul olurlar. Bakı-Balakən yolunun Yevlax hissəsi heç vaxt insanlar tərəfindən bağlanmamışdır. Yevlaxda vəhabilik yazıda göstərilən kimi o qədər də inkişaf etməmişdir. Hacı Fəxrəddin vəhabi deyildir", - məlumatda deyilir.
Bildirilib ki, Xaldanda olan dayanacaq köhnə, primitiv olduğu üçün sökülüb, həmin ərazidə abadlaşdırma işləri aparılır, müasir standartlara cavab verən yeni dayanacaq inşa edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB