Komitə sədri Şirvanda vətəndaşları qəbul edib

Komitə sədri Şirvanda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Şirvanda olub. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova Şirvan şəhərində 5 rayonun - Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlıdan olan 50 yaxın şikayətçini qəbul edib.

Komitə sədrinə müraciətlər müxtəlif səpkili olub. Hicran Hüsenova jurnalistlərə açıqlamasında bildirib ki, ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşları qəbul edib problemlərini dinləyirik. Bu qəbullar qrafik şəkilində təşkil olunur və digər bölgələrdə də qəbullar keçirəcəyik.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə