Nazir: "Xəstə uşaqların dövlət müəssisələrinə getməsinin qarşısı alınmalıdır"

Nazir: "Xəstə uşaqların dövlət müəssisələrinə getməsinin qarşısı alınmalıdır"

"Azərbaycanda çətin vəziyyətdə olan xəstə uşaqların sayı 61 mindir. Onların 10 minə yaxını təhsilini ev şəraitində alır". SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, çətin vəziyyətdə olan xəstə uşaqlara xüsusi diqqət yetirmək lazımdır.

Nazirin sözlərinə görə, bu gün ölkədə həyata keçirilən "Uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın əsas mahiyyəti ondan ibarətdir ki, xəstə uşaqların dövlət müəssisələrinə getməsinin qarşısı alınsın: "Biz onlara ev şəraitində lazımi xidmətlər göstərməliyik ki, onlar ailələrindən ayrılmasınlar. Bunun üçün də nazirlik tərəfindən müvafiq işlər görülür və gələcəkdə bu işlər sayəsində bu sahə daha da inkişaf edəcək".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə