Nazir: "400 mindən çox əlilin sosial xidmətə ehtiyacı var"

Nazir: "400 mindən çox əlilin sosial xidmətə ehtiyacı var"

"Azərbaycanda yaşayan 400 mindən artıq əlilin sosial xidmətə ehtiyacı var". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.

Nazir bildirib ki, onların hamısını sosial xidmətlərlə əhatə etmək mümkün deyil: "Ancaq açıq etiraf edək ki, bu gün dünyanın heç bir ölkəsində əlilləri sosial xidmətlə tam təmin edə biləcəyimiz xidmət yoxdur. Ona görə də bizim məqsədimiz odur ki, daha çox əsas diqqətimizi ehtiyacı olanlara yönəldək".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə