“Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri”
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Mobitel" ("Nokia Mobile" şirkətinin Azərbaycanda rəsmi distribyutoru), "Caspian Telecom" ("HTC", "Sony" и "Blackberry" nin Azərbaycanda distribyutoru), "İnteqral" ("Samsung Mobile" şirkətinin Azərbaycanda rəsmi distribyutoru), "Sun Mobile" ("Fly" və "Birds" in rəsmi distribyutoru) Azərbaycanda "Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri" mövzusunda kütləvi informasiya vasitələri arasında 1-30 aprel tarixlərində müsabiqəni elan edir.
İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilir.
Müsabiqədə iştirak üçün məqalələri 30 aprel tarixinədək təqdim etmək üçün [email protected] elektron poçtuna və ya (012) 408 73 70 müraciət edə bilərsiniz.
Müsabiqə çərçivəsində hazırlanan məqalələr aşağıdakı mövzuları əhatə edə bilər:
- IMEI kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri;
- IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar;
- Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir;
- Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları.
Qaliblər müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək.
Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı 3 (üç) müəllif üçün Türkiyəyə səfər təşkil olunacaq. Səfər zamanı jurnalistlər bu ölkənın mobil cihazların qeydiyyat sisteminın tətbiqi üzrə müsbət təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər. Müsabiqədə fərqlənən digər jurnalistlər də qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB