“Böyük İqtisadi Ensiklopediya” kitabı təqdim olundu

“Böyük İqtisadi Ensiklopediya” kitabı təqdim olundu

Bu gün Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu beş cildlik "Böyük İqtisadi Ensiklopediya" kitabının təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə dövlət və hökümət nümayəndələri, millət vəkilləri, ziyalılar iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda da ensiklopediya mədəniyyətinin öz tarixi var: "Bu mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra, dövlət tələblərinə cavab verən yeni ensiklopediyanın yaradılması zərurəti meydana gəldi".

Tədbirdə daha sonra Azərbaycan ensiklopediyanın tarixi keçmişinə həsr olunmuş videoçarx nümayiş olundu.

Qeyd edək ki, tədbir hazırda davam edir.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə