AGAT Rumıniyada FOTO

3 -12 aprel, 2013-cü il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf və təşkilatın idarə heyətinin üzvü Səbinə Əsəd Rumıniyanın Brasov şəhərində keçirilən "Youth Worker Life Experience Creator" adlı beynəlxalq tədbirdə iştirak edirlər. Tədbir Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir. AGAT-dan SİA-ya verilən məlumata görə, tədbirdə iştirak edən ölkələr arasında yalnız Azərbaycandan olan AGAT təmsilçiləri təlimçilik təcrübəsi ilə bölüşür. Belə ki, AGAT nümayəndələri "İctimai vəkillik" və "Effektiv Mentorluq" mövzusunda tədbir iştirakçılarına təlim keçiriblər.

Qeyd edək ki, 09 aprel tarixində beynəlxalq tədbirdə Azərbaycan mədəniyyət gecəsi təşkil edildi. Gecədə Azərbaycanın sosial-mədəni təqdimatı nümayiş olundu. Ölkənin mədəniyyətindən, tarixindən, milli mətbəxindən geniş məlumatlar verildi. Eyni zamanda hər bir ölkə nümayəndəsinə Azərbaycana aid materiallar təqdim olundu. Beynəlxalq tədbirdə Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Rumıniya və s. ölkələr iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə