Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-10, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
Ölkənin rayonlarında hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 27, dağlarda gecə 5-10, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB