Amerikaya uçmaq çətinləşə bilər

Gələcək illərdən etibarən Amerika qitəsinə ediləcək təyyarə uçuşları daha ​​çətin olacaq.
Amerikaya uçmaq çətinləşə bilər

İngiltərənin "Reading" Universiteti tərəfindən edilən bir iqlim dəyişikliyi araşdırmasına görə, gələcək illərdən etibarən Amerika qitəsinə ediləcək təyyarə uçuşları daha ​​çətin olacaq.

"Reading" Universiteti tərəfindən edilən və nəticələri "Nature Clima Change" jurnalında nəşr olunan araşdırma çərçivəsində, Amerika ilə Avrasiya arasında gündə orta hesabla 600 təyyarə səfərinin reallaşdığı Şimali Atlantika arasındakı iqlim dəyişiklikləri və bunun uçuşlara ola biləcək təsirləri araşdırılıb.

Kompüter ilə reallaşdırılan araşdırmaya görə, bu günkü iqlim dəyişiklikləri eyni şəkildə davam etdiyi təqdirdə, 2050-ci illərə doğru Şimali Atlantika bölgəsində hava axınları və fırtınalar 10 ilə 40 faiz arasında artacaq.

Araşdırmanı həyata keçirən qrupun rəhbəri Dr. Paul Uilliams, hava burulğanlarının artmasının Amerika qitəsinə olan təyyarə səfərlərinin rahatlığını pozmasına və yanacaq istehlakı artması ilə və buna bağlı olaraq xərclərin də böyük ölçüdə artmasına gətirib çıxaracağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə