Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu layihə həyata keçirəcək

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu layihə həyata keçirəcək

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə 05 aprel 2013-cü il tarixindən 05 avqust 2013-cü il tarıxinə kimi müharibə əlilləri və şəhid ailələrinin "Elektron Azərbaycan Hökuməti"nin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layihəsini həyata keçirdəcəkdir.

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, layihənin drektoru, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Oruc həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Bakı və Şirvan şəhərində müharibə əlillərinin və şəhid ailələrinin "Elektron Azərbaycan Hökuməti"nin bütün xidmətlərindən faydalanmalarına dəstək verərək, onların informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artıraraq, internet üzərindən elektron ərizə formalarından, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "E-imza", Səhiyyə Nazirliyinin "Səhiyyə-sağlamlıq", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial-sığorta" və Dövlət Sosial Müdafiəsi Fondunun "Sosial-kart", "Visa Elektron" bank kartlarından və başqa onlayn kargüzarlıq xidmətlərindən istifadə etmələri üçün marifləndirmə işləri aparmaq və onların bu sahədə yaranmış problemlərin həllinə köməklik göstərməkdir.

Ümüd edirik ki, təşkilatımız tərəfindən həyata keçiriləcək bu layihə çərçivəsində görüləcək marifləndirmə işləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixində imzaladığı Sərəncamına əsasən, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında 2013-cü ilinin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə dair hazırladığı tədbirlər planına və müharibə əlillərinin, şəhid ailələrinin və xususi qayğıya ehtiyacı olan vətəndaşların, adiyəti mərkəzi icra hyakimiyyəti orqanlarının, elektron informasiya xidmət mərkəzlərinin elektron idarəetmə və məlumat bazalarında onlayn kargüzarlıq xidmətlərindən faydalanmalarına dəstək olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə