Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən aprel ayının 26-da Gəncə şəhərində Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Naftalan rayonları əhatə olunmaqla vətəndaşların bölgə qəbulu keçiriləcək. Komitədən SİA-ya verilən məlumata görə, qəbulda dövlət əmlakının səmərəli istifadə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması istiqamətlərində vətəndaşların müraciətlərinə baxılacaq.
Vətəndaşların komitənin fəaliyyət sahələrinə dair müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər komitənin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin növbəti aylarda da respublikanın digər bölgələrində vətəndaşların qəbulu keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB