“Xəzər regionunda iqtisadi əməkdaşlıq və tranzit marşrutları”

“Xəzər regionunda iqtisadi əməkdaşlıq və tranzit marşrutları”

Aprelin 11-i Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə "Xəzər regionunda iqtisadi əməkdaşlıq və tranzit marşrutları" mövzusunda dəyirmi masa keçiriləcək. SAM-dan SİA-ya verilən məlumata görə, moderatorluğunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun edəcəyi görüşdə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun "Xəzər dənizinin Azərbaycan üçün əhəmiyyəti və regional əməkdaşlığın milli perspektivləri" mövzusunda çıxışları olacaq. Bununla yanaşı Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Bulat Sultanovun "Qazaxıstan və Xəzər regionunda təhlükəsizliyə potensial təhdidlər" mövzusunda, SAM-ın elmi işçisi Azad Qəribovun "Xəzər dəhlizi: Şərq və Qərb arasında ticarət və enerji ixracı üçün artan əhəmiyyəti" mövzusunda, Qazaxıstanın Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktor müavini Leyla Muzaparovanın "Xəzər regionunda iqtisadi əməkdaşlığın inkişafı: Qazaxıstanın baxışı" mövzusunda çıxışları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə