“Qaranlıqda görün” şüarı altında “İşıqlı həyat”

“Qaranlıqda görün” şüarı altında “İşıqlı həyat”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycanda ilk dəfə "Qaranlıqda görün" şüarı altında "İşıqlı həyat" sosial yönümlü layihə həyata keçirilir. Nazirlikdən SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycan əhalisinin xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunması, Respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə, Azərbaycanda yeniyetmə və gənclərin yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır. Layihəyə qoşulan hər kəs xüsusi hazırlanmış işıq qaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.

Qeyd edək ki, 5 aprel 2013-cü il tarixdə KİV nümayəndələrinin iştirakı ilə işıq qaytarıcılarının sınağı keçirilib. Layihə çərçivəsində növbəti mərhələdə isə məktəblilərin iştirakı ilə aprelin 10-da 18 nömrəli məktəbdə ilk təlim keçiriləcək. Təlimdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və qonaq qismində "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə