Davos Forumu Cənubi Qafqaz və Mərkəzi Asiyada gözəl fürsət axtarışında YEKUN

Davos Forumu Cənubi Qafqaz və Mərkəzi Asiyada gözəl fürsət axtarışında YEKUN

Aprelin 8-də Azərbaycanın paytaxtı Bakıda Dünya İqtisadi Forumu (Davos Forumu) keçirilib. Forumda müzakirələrin diqqət mərkəzində Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq mövzusu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirak etdiyi Forumda sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, dağ-mədən, maliyyə və rabitə sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Forumun ilk iclasında "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə baxış" mövzusunda çıxış edən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab deyib ki, Azərbaycanın nadir coğrafi və iqlim uyğunluğu bu ölkənin digər dövlətlərlə əməkdaşlığı üçün uğurlu imkanlar yaradıb. O əlavə edib ki, Azərbaycanın son onillikdə əldə etdiyi uğurlar Forumun bu ölkədə keçirilməsinə imkan verib.

Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında bildirib ki, ölkəsi və ümumilikdə region sürətlə inkişaf edir və Azərbaycan iqtisadiyyatı son on il ərzində üç dəfə artıb. Prezident İlham Əliyev daha sonra deyib ki, Azərbaycanın zəngin enerji kapitalı insan kapitalına sərf edilir. Bu sahədə əsas məsələ təhsildir, çünki biz bu kapitaldan faydalanacağıg. Prezident son on il ərzində əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanın ilk süni peykinin 2013-cü ilin fevralında uğurla kosmosa göndərildiyini qeyd edib. Bu Forum regionun perspektivlərini müəyyənləşdirmək baxımından gözəl bir fürsətdir. Forumda regionun uzunmüddətli inkişafına nail olmaq üçün müzakirələr aparılıb.

Forumun Bakıda keçirilməsi Azərbaycan iqtisadiyyatının sürətli inkişafının əyani göstəricisidir. Cənubi Qafqaz respublikalarından biri olan Azərbaycan sonrakı illərdə də sürətlə inkişaf edəcəkdir.

Bakıda keçirilən Dünya İqtisadi Forumu regionun gələcəyi üçün əsas çağırışlar və imkanların qiymətləndirilməsində regional və qlobal güclərin əlaqələndirilməsi üçün mühüm platformadır. Bu tədbir Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq və inteqrasiyanın inkişafına kömək edəcəkdir. Forum çərçivəsində regionda uzunmüddətli inkişafa nail olmaq üçün meyllər və geniş istiqamətlər müəyyən edilib.

Davos Forumunun Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki diasporunun rəhbəri Samir İmanov mətbuat konfransı keçirib. Samir İmanov Al-Bayan qəzetinə bildirib ki, bu gün Dünya İqtisadi Forumunun məhz Bakıda keçirilməsinin əsas səbəbi Azərbaycanın digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurlar əldə etməsidir.

S.İmanov əlavə edib ki, Forumun Bakıda keçirilməsinin bir səbəbi də Azərbaycan Prezidenti İlham Əliyevin müdrik iqtisadi siyasət yürütməsinə verilən qiymətlə bağlıdır.

Bildirilib ki, Forumda həmçinin Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Saqintayev, Qırğızıstan Baş nazirinin birinci müavini Comard Otorbayev, Rusiyanın VTB Bankının sədri Andrey Kostin və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız və başqaları çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə