Viza verilmə qaydaları dəyişdirildi

Artıq ölkəmizə gəlmək istəyən turistlər vizaları onlayn qaydada əldə edə bilərlər
Viza verilmə qaydaları dəyişdirildi

Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycanda turistlər üçün onlayn viza sisteminin tətbiqinə başlanılıb. Artıq Azərbaycana gəlmək istəyən turistlər vizaları onlayn qaydada əldə edə bilərlər. Bundan əvvəl isə turistlər viza almaqda çətinliklərlə rastlaşırdılar. Turistlər Azərbaycana viza almaq üçün Azərbaycanın həmin ölkədəki səfirliyinə müraciət etməli idilər.

Xəbərdə deyilir ki, əgər Azərbaycana səfər etmək üçün viza almaq istəyən turist Almaniyanın hər hansı şəhərində yaşayırsa, o, məcburi şəkildə Azərbaycanın Almaniyadakı səfirliyinə getməli və sənədlərini təqdim etməli idi ki, bu da çətinlik yaradırdı. Belə hallar sonda çox sayda turistlərin Azərbaycana gəlməsindən imtina etməsinə gətirib çıxarırdı. Bu isə Azərbaycan üçün əlverişli hal deyildi: "Ancaq artıq onlayn viza rejiminin tətbiqinə başlanılıb. Bu o deməkdir ki, turist heç bir səfirliyə getmədən yalnız öz pasportunun surətini turizm şirkətinə göndərməklə onlayn viza ala bilər.

Turistlər onlayn qaydada vizaları 14 iş günü müddətində əldə edə bilirlər. Vizaların onlayn qaydada verilməsi Azərbaycana gələn turistlərin sayının artmasına gətirib çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə