Ümummili lider Heydər Əliyev Şimali Kiprdə anılacaq

Ümummili lider Heydər Əliyev Şimali Kiprdə anılacaq

Ümummili lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) beynəlxalq konfrans keçiriləcək. SİA xəbər verir ki, beynəlxalq konfrans mayın birinci ongünlüyündə baş tutacaq və 75 ölkədən olan gənc tələbələr iştirak edəcəklər. Daha sonra ŞKTC-nin ən böyük mədəniyyət mərkəzi olan Rauf Denktaş adına Mağusa Mədəniyyət Mərkəzində azərbaycanlı incəsənət ustalarının iştirakı ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konsert veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə