Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasında "Valideyn günü" keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, zastavada xidmət edən hərbi qulluqçuların valideynləri və veteran sərhədçilərlə əsgərlərin çay süfrəsi arxasında görüşü olub.
Tədbirin rəsmi hissəsində DSX-nin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abbasquliyev və Horadiz Sərhəd Dəstəsinin rəisi polkovnik-leytenant Zaur Zeynalov çıxış edərək valideyn, əsgər və hərbi hissə arasında əlaqələrin daha da möhkəmləndirilməsindən danışıblar. Bildirilib ki, Horadiz sərhəd dəstəsində ötən il 89 mənzilli 4 yaşayış evi, 5 sərhəd zastavası, 1 sərhəd komendantlığı tikilərək istifadəyə verilib. Hazırda bu sahədə işlər davam etdirilir.
Xidmətdə fərqlənən hərbi qulluqçulara "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanı, fəxri fərman və qiymətli hədiyyələr, valideynlərə "Təşəkkür məktubları" təqdim edilib.
Qeyd edək ki, qonaqlar zastavanın şəxsi heyəti ilə birgə nahar edib. Tədbir hərbi hissənin bədii özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB