Bu gün bir qrup şikayətçi Nizami rayonu Qara Qarayev prospekti "Neftçilər" metrosunun yaxınlığında etiraz aksiyası keçiriblər.
Onlar "Neftçilər" metrosunun yaxınlığında yerləşən "Lombard" mağazası sahibinin vətəndaşların xeyli miqdarda əmanətini mənimsəyərk aradan çıxmasına etiraz edirlər. Şikayətçilər bildiriblər ki, dəqiq adı məlum olmayan və Mamed kimi tanınan həmin şəxs müxtəlif insanlara məxsus xeyli miqdarda pulu və əmlakı mənimsəyərək yoxa çıxıb.
20-30 nəfərdən ibarət olan şikayətçilər bununla bağlı Nizami rayon 24-cü polis idarəsinə müraciət etsələr də, şikayətə baxılmadığını deyirlər. Nizami rayonu 24-cü polis bölməsindən isə faktla bağlı araşdırma aparıldığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB