Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş peşəkar boks çempionatı keçiriləcək
Hər il olduğu kimi Almaniyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü bu ildə xüsusi təmtaraqla qeyd olunacaq. SİA-nın məlumatına görə, mayın 11-də Veissvaser ve Karlsruhe şəhərlərində Azərbaycanın Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Almaniyadakı nümayəndəliyinin, "Odlar Yurdu" təşkilatının, Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin, Xəzər (Hanover) Cəmiyyətinin Koordinasiya Mərkəzinin, Avropa Azərbaycanlıları Konqresinin dəstəyi və təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş peşəkar boks çempionatı keçiriləcək.
Karlsruhe şəhərində Almaniyanın tanınmış boksçusu ("Alman Palıdı" ləqəbli) ağır çəkili Timo Hoffman və rumıniyalı idmançı Aleksander Petkovic mübarizə aparacaqlar.
Veissvaser şəhərində isə Azərbaycanın tanınmış boksçusu Azad Əzizov və almaniyalı idmançı Matthias Pelk digər ölkələrin boksçuları ilə yarışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB