"Omis" MTK-nın rəhbəri Osman İsayev mia.az saytının rəhbərliyinə etiraz ünvanlayıb. SİA-ya göndərilmiş həmin etiraz məktubunun mətnində çöx mətləblərə aydınlıq gətirilib.
Məktubu olduğu kimi dərc edirik: "Mən "Omis" MTK-nın rəhbəri Osman İsayev bildirirəm ki, sizin sayta mənim adımdan İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev haqqında yazılmış məlumatlar tam böhtan və qərəzli xarakterlidir. Qeyd olunan yalnış məlumatlar rayonda aparılan abadlıq və quruculuq işlərinə kölgə salmaq məqsədilə dərc edilmişdir. Bizim İmişli rayonunda gördüyümüz işlərin haqqının ödənilməsi ilə bağlı heç bir narazılığımız olmayıb, görülmüş işlərin həcmi tam şəffaf şəkildə ödənilmişdir. "Omis" MTK-nın rəhbərliyi adından Rayon İcra Hakimiyyəti aşçısı haqqında saytda yerləşdirilmiş böhtan və qərəzli məlumatlara görə məsuliyyət daşıyan həmin şəxslərin ciddi cəzalandırılması haqqında hüquq-mühafizə orqanları qarşısında tərəfimizdən iddia qaldırılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB