6-14 aprel, 2013-cü il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova, təşkilatın fəalı Maryamxanım Tağıyeva Fransanın Strasburq şəhərində "Qeyri-formal təhsil vasitəsi ilə sosial əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi" adlı beynəlxalq tədbirdə iştirak etməkdədir. Qeyd edək ki, tədbir fransız şəbəkəsi AMSED-in təşkilatçılığı ilə Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir. AGAT-dan SİA-ya verilən məlumata görə, tədbirdə Avropanın 16 dövlətindən (Almaniya, Bolqariya, Fransa, İtaliya, Gürcüstan, Mərakeş, İspaniya, İsveç, Tunis, Əlcəzair, Fələstin, Ukrayna, Ermənistan, Belçika, Portuqaliya və Azərbaycan) gənc mütəxəssislər iştirak edir.
Qeyd edək ki, 7 Aprel, 2013-cü ildə AGAT Strasburqda Azərbaycanın sosial-mədəni təqdimatını həyata keçirıb. Təqdimat çərçivəsində G. Safarova və M. Tağıyeva Azərbaycan barədə məlumat verilib, uğurlu inkişaf strategiyasi barədə danışılıb. Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, 8 apreldən başlayaraq QHT və dövlət strukturları ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB