Bu gün 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, temperatur gecə 8-13°, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti olacaq. Bakıda gecə 9-11°, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 752 millimetr civə sütununa düşəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 6-11°, gündüz 19-24°, bəzi yerlərdə 29°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperaturun gecə 4-9°, gündüz 14-19° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq.
Temperaturun gecə 8-13°, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 26° isti olacağı gözlənilir. Dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 29°-dək isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 10-14° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-20° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə