Aydın Mirzəzadə, millət vəkili
Müdriklik dərsi

Müdrik bir insanın tələbələrindən biri uzun illər getdiyi dərsi tərk etmişdi. Artıq dərslərdə iştirak etmirdi. Bir neçə ay keçəndən sonra onun dərsə gəlmədiyini görən müdrik ustad tələbəsini ziyarət etmək qərarına gəldi.

Qış mövsümü idi və tələbəsi evdə tək idi. Otaqdakı böyük sobanın içindəki odunlar çırtıltı ilə yanırdı. Ustadının onu nə üçün ziyarət etdiyini təxmin edən tələbə qonağını sobanın yanına dəvət etdi. Özü də mətbəxə keçərək hazırlıq görməyə başladı.

Müdrik ustad sobanın yanında otursa da tələbəsinə heç nə demədi. Sanki evdə heç kəs yoxmuş kimi hərəkət edirdi. Bütün diqqətini sobada yanan ocağa yönəltmişdi. Bir neçə dəqiqədən sonra tələbəsinin gözünün qarşısında maşanı götürdü, qızmar közlərdən birini götürdü və ocağın kənarına qoydu. Oturmağa davam edir, heç nə danışmırdı. Kənara qoyulmuş közün odu yavaş-yavaş zəiflədi, sonra söndü. Otaqda sükunət hökm sürürdü. İlk salamlaşmadan sonra birgə çay içsələr də heç kim bir kəlmə də olsun danışmamışdı.

Müdrik adam getməyə hazırlaşarkən yenidən maşanı əlinə aldı və sönmüş közü alovun içinə atdı. Sönmüş köz tezliklə yanan ocağın alovuna yenidən yanmağa başladı.

Ustad qapıya tərəf yönədi, onu yola salan tələbəsi isə ona dedi: "Ziyarətinizin səbəbini anladım. Bir az əvvəl verdiyiniz dərsiniz üçün də minnətdaram. Bundan sonra dərslərinizdən qalmayacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə