Yubiley ərəfəsində zeytun və şam ağacları əkilib

Yubiley ərəfəsində zeytun və şam ağacları əkilib

Binəqədi Rayon İcra Hakimiyyəti Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində 7-ci mikrorayon, "Dərnəgül" metro stansiyasının yaxınlığında yerləşən istirahət parkında İcra Hakimiyyətinin, rayonun idarə, təşkilat və müəssisə rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və millət vəkillərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. RHİ-dən SİA-ya verilən məlumata görə, aksiya çərçivəsində parkın ərazisində 400 ədəd zeytun və şam ağacları əkilib.

Qeyd edək ki, tədbirdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqi nömrələri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə