Quba Gül bayramına hazırlaşır

Quba Gül bayramına hazırlaşır

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Qubada ilk dəfə olaraq Gül bayramı keçiriləcək. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, rayon meydanında artıq tamamlanma işləri yekunlaşıb, xarici ölkələrdən mindən çox gül növü sifariş olunub. Belə ki, bayrama hazırlıq dövründə rayon ərazisində aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri çərçivəsində iməciliklər keçirilir, minərlə yeni ağac və gül kolları əkilir, yaşıllıqlara qulluq göstərilir.

Qeyd edək ki, rayon icra başçısı Mübariz Ağayev bununla bağlı tədbirlər planı hazırlayıb. O, bildirib ki, bu il Ulu öndər Heydər Əliyevin 90 illik yubileyilə bağlı Qubada keçiriləcək Gül bayramı təntənəli şəkildə qeyd olunacaq.

Xatırladaq ki, ötən il də Qubada ilk dəfə olaraq Alma bayramı keçirilmişdi.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə