Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrayon iməcliyi keçirilib. SİA-nın verdiyi xəbərə görə, növbəti iməclik Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Səbail rayonunun idarə və təşkilatlar, təsərrüfat xidmətləri, təhsil müəssisələrinin kollektivlərinin çoxsaylı nümayəndələrinin – ümumilikdə 500 nəfərin iştirakı ilə Bakı şəhərinin cənub-qərb giriş yolu olan Şıx yaşayış sahəsində, Salyan yolu boyunca keçirilib. İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılaraq yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilib. 5000 kv.metr sahəyə 2000 ədəd yeni ağac əkilib. Keçirilən iməclik və sonrakı bir neçə gün ərzində burada 10 min ağac əkiləcək.
Qeyd edək ki, "Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Səbail RİH tərəfindən tədbirlər planı təsdiq olunub. Təsdiq olunan plana əsasən rayon üzrə silsilə tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər çərçivəsində rayonda geniş miqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağac əkilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq hər həftənin şənbə günləri rayonun yaşayış sahələrində iməcliklər keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB