Qubanın 2 böyük kəndinə qəsəbə statusu verilməsilə bağlı Milli Məclisə müraciət olunub. SİA-nın Şimal bürosunun məlumatına görə, əhalinin həyat şəraitinin yüksək olduğu, Qubanın 1-ci və 2-ci Nügədi kəndinin sakinləri, kənd ziyalıları və iş adamları bununla bağlı icra hakiminə müraciət ediblər. İcra başçısı Mübariz Ağayev isə məsələni diqqətdə saxlayaraq Milli Məclisə müraciət ünvanlayıb. Belə ki, yaxın günlərdə sözügedən kəndlər qəsəbə statusunun verilməsi gözlənilir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB