Bu gün Akademik Zərifə Əliyeva adına liseydə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev məktəblilərin gözü ilə" inşa müsabiqəsi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və bir sıra şəxslər iştirak edib. Nazir Misir Mərdanov bildirib ki, inşa müsabiqəsinin keçirilməsi üç mərhələdə nəzərdə tutulub: "Rayon, şəhər və respublika mərhələsi çərçivəsində kvota üzrə Bakı şəhəri üzrə 11, peşə liseyləri üzrə 10, orta ixtisas məktəbləri üzrə 15 nəfər seçilib. Hazırda inşa müsabiqəsində 108 nəfər iştirak edir".
Nazirin sözlərinə görə, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Həmçinin, bilik yarışı qaliblərinin ulu öndər haqqında öz fikir və düşüncələrini ifadə etdikləri yazılar ənənəvi olaraq kitabça şəklində çap olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB