Ordumuzun hava qüvvələri cəbhə xəttində uçuşlar həyata keçirir

Ordumuzun hava qüvvələri cəbhə xəttində uçuşlar həyata keçirir

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterləri planlaşdırılmış təlim uçuşlarına start verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Hərbi Hava Qüvvələrinə məxsus 2 təyyarə, bir necə helikopter Ağdam və Tərtər rayonları ərazisində, cəbhə xətti üzərində uçuşlar həyata keçirib. Müdafiə Nazirliyi də bunun planlaşdırılmış təlim uçuşları olduğu bildirilib.

Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçiblər. Onlar həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq təmas xəttinin qarşı tərəfində Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərində keçirilən monitorinqi izləyiblər.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi dünən qoşunların təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçmişdilər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə